Xəbər lenti

Azərbaycanda "Araz-2025" birgə təlimi keçirilir (VİDEO)
Ölkə11:12 18.05.2025

Azərbaycanda "Araz-2025" birgə təlimi keçirilir (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda keçirilən "Araz-2025” birgə təliminə İran İslam Respublikasından cəlb olunan heyətin rəhbəri və digər iştirakçılar ölkəmizə səfər edib.
Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Hər iki ölkənin təlim rəhbərləri və digər yüksək səviyyəli üzvləri arasında görüş keçirilib.
Görüşdə təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.
Qeyd edək ki, "Araz - 2025" birgə təlimi işğaldan azad edilmiş ərazilərimizdə mayın 21-dək davam edəcək.