Xəbər lenti

Azərbaycanda bəbirlərin sayı artıb (VİDEO)
Ölkə12:21 04.01.2025

Azərbaycanda bəbirlərin sayı artıb (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan Muxtar Respublikası ərazisində Həsən Əliyev adına Zəngəzur Milli Parkında ötən il ərzində ən azı 6 bəbir balası dünyaya gəlib.
Qaynarinfo WWF Azerbaijan səhifəsinə istinadən xəbər verir ki, videonu Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) beynəlxalq ekoloji kampaniyası Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) dəstəyi ilə bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdiyi layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə əldə etmək mümkün olub.
Məlumata görə, kameralar vasitəsilə Naxçıvanda aparılan tədqiqat nəticələri göstərir ki, son 12 il ən məhsuldar il olub.