XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycanda bələdiyyə sədri cərimələndi
Ölkə19:00 29.08.2026

Azərbaycanda bələdiyyə sədri cərimələndi

Qusar rayonu Samur bələdiyyəsinin sədri cərimə olunub.

Qaynarinfo Teleqraf-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən bələdiyyə sədrinin barəsində İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə protokol tərtib edilib.

Protokola əsasən, Qusar rayonu Samur bələdiyyəsinin sədri bələdiyyənin iclas protokolunu qanunla müəyyən edilmiş 3 iş günü müddətində regional ədliyyə idarəsinə təqdim etməyib.

Qusar Rayon Məhkəməsinin qərarı ilə bələdiyyə sədri 400 manat cərimə olunub.

Qeyd edək ki, Qusar rayonu Samur bələdiyyəsinin sədri Ramazanov Nəmət Cavid oğludur.