Xəbər lenti

Azərbaycanda bir gündə 24 nəfər tutuldu
Ölkə14:40 12.09.2016

Azərbaycanda bir gündə 24 nəfər tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda gün ərzində 57 cinayət faktı qeydə alınıb.

Qaynarinfo.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, qeydə alınan hadisələrdən 19-u “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 24 nəfər tutulub.

Qaynarinfo.Az