Xəbər lenti

Azərbaycanda bir nəfər prezidentliyə namizədlikdən imtina edib
Ölkə12:34 27.08.2013

Azərbaycanda bir nəfər prezidentliyə namizədlikdən imtina edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezidentliyə namizədliyi irəli sürülən şəxslərdən biri namizədliyindən imtina edib.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
 
M. Pənahov bildirib ki, Əli İsa Ağayevli sənədlərini geri götürmək barədə ərizə yazaraq, namizədliyinin təsdiq olunmasından imtina edib.
 
M. Pənahov daha 2 nəfərin isə prezidentliyə namizədliyinin təsdiq olunması üçün MSK-ya müraciət etdiyini qeyd edib: “1972-ci il təvəllüdlü Rauf Zakir oğlu Quliyev və İbrahim Əşrəf oğlu Rüstəmbəyli namizədliklərinin irəli sürülməsinin təsdiq olunması üçün ötən gün MSK-ya müraciət ediblər”.
 
MSK sədri ölkə üzrə müşahidə aparmaq üçün 341 müraciətin daxil olduğunu da qeyd edib.

Qaynar.info