Xəbər lenti

Azərbaycanda daha bir ilk - FOTOLAR
Ölkə09:15 29.10.2014

Azərbaycanda daha bir ilk - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhərinin mədəni irsinin və turizm potensialının geniş təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə dünya brendi kimi tanınan "City Sightseeing Worldwide" şirkətinin Bakıda fəaliyyət göstərən "City Sightseeing Baku" şirkəti Azərbaycanda daha bir ilkə imza atıb.

Cari ilin sentyabr ayında Bakıda keçirilmiş Dünya Turizm Gününə həsr olunmuş tədbirdə "City Sightseeing Baku" şirkəti ilə Azərbaycan Xalça Muzeyi arasında birgə fəaliyyət barədə əməkdaşlıq müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, Azərbaycanda ilk dəfə olaraq "Kombo" biletlərin (birgə vahid bilet) satışı həyata keçiriləcək. "Kombo" biletlərin ictimaiyyətə təqdim olunması ilə bağlı Azərbaycan Xalça Muzeyində keçirilmiş tədbirdə muzeyin direktoru Röya Tağıyeva bildirib ki, istənilən şəxs həmin biletləri əldə etdikdə həm "City Sightseeing Baku" Şirkəti tərəfindən təşkil edilən avtobus turlarında iştirak edə, habelə həmin biletlə Azərbaycan Xalça Muzeyini ziyarət edə biləcək.

Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ekskursiya üçün şirkətə 3 ədəd ikimərtəbəli avtobusun ayrıldığı bildirilib. "City Sightseeing Baku" şirkətinin təsdiq olunmuş marşrutu üzrə 1 tur 23 kilometr məsafəni təşkil edir. Tur ərzində avtobus 15 dayanacaqda dayanır və müddəti 1 saat 30 dəqiqədir. Avtobuslarda 8 dildə audiobələdçi və yüksək sürətli internetdən istifadə etmək mümkündür. Biletlər uşaqlar üçün 6, yerli əhali üçün 12, turistlər üçün isə 22 manatdır. Altı yaşına qədər uşaqlara isə pulsuzdur.

Qaynar.info