Xəbər lenti

Azərbaycanda daha bir nazir işdən çıxarıldı
Ölkə06:50 23.04.2018

Azərbaycanda daha bir nazir işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov da işsiz qalıb.
Qaynarinfo xəbər verir ki, Yenicag.az-ın əldə etdiyi məlumata görə, 63 yaşlı nazir postu ilə vidalaşıb.
Bağırov artıq təhvil-təslim işlərini həyata keçririr.
Qeyd edək ki, Bağırov Hüseynqulu Seyid oğlu sözügedən posta 2001-ci ildə təyin olunmuşdu.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin tərkibini təsdiq etdiyi siyahıda Hüseynqulu Bağırov yer almayıb. Onun yenidən əvvəlki vəzifəsini daşıyacağı gözlənilsə də, bu, baş verməyib.