Xəbər lenti

Azərbaycanda daha bir uşaq küçəyə atıldı
Ölkə06:34 12.07.2021

Azərbaycanda daha bir uşaq küçəyə atıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ucar rayonunda yeni doğulmuş uşaq tapılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Oxu.az-a hüquq mühafizə orqanlarından məlumat verilib. 
Bildirilib ki, körpə səhər saatlarında küçədə tapılıb. 
Oğlan uşağı xəstəxanaya yerləşdirilib. 
Faktla bağlı araşdırma aparılır. 
Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıtda "Yaşıldərə” yaşayış massivində zibil qutusundan yeni doğulmuş uşaq tapılmışdı.