Futzal üzrə yüksək Liqada iştirak edən "Xilə” komandası yarışlardan kənarlaşdırılıb.
Qaynarinfo Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb komandanın cari mövsümdə üzrsüz səbəbdən 3 oyunda iştirak etməməsi olub. Bu üzdən İntizam Komitəsinin qərarı ilə yarışdan kənarlaşdırılıb.
Bunu nəzərə alan Azərbaycan Futzal Federasiyası komandanın oyunçularına azad agent statusu verib. "Xilə”nin üzvlərinin xidmətində maraqlı olan klublar həmin oyunçuların keçidini aprelin 16-na qədər qeydiyyatdan keçirə bilərlər.
Səbuhi Həsənov