Xəbər lenti

Azərbaycanda dəhşətli hadisə: kişini maşınında yandırdılar
Ölkə12:55 08.05.2016

Azərbaycanda dəhşətli hadisə: kişini maşınında yandırdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mayın 7-dən 8-ə keçən gecə Bərdədə 24 yaşlı oğlanı yandıraraq öldürmək istəyiblər. Hadisə rayonun Piyadalar kəndində qeydə alınıb.
Kənd sakini 1992-ci il təvəllüdlü Bayramov Salman Tahir oğlu kəndin qəbiristanlığına yaxın sahədə tanımadığı insanlar tərəfindən döyülüb. S. Bayramov daha sonra öz avtomobilinə qoyulub, avtomobil benzin tökülərək yandırılıb. Kənddən bir nəfər atlı qəbiristanlığa çatanda sahədə avtomobilin yandığını görüb, inilti səsini eşidib. O, S.Bayramovu maşından çıxaraq təcili tibbi yardım maşınının köməkliyilə xəstəxanaya çatdırıb. S.Bayramovun vəziyyəti ağırdır.
İlkin versiya odur ki, S. Bayramovun mal bazarında mal-qara satdığını və üzərində 3-4 min manat pul olduğunu bilən şəxslər qarət məqsədi ilə bu hadisəni törədiblər. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.  (APA)
Qaynarinfo.az