Xəbər lenti

Yevda Abramovun ölüm xəbəri yayıldı
Ölkə18:58 03.12.2019

Yevda Abramovun ölüm xəbəri yayıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yəhudi əsilli YAP-çı deputat Yevda Abramovun dünyasını dəyişməsi ilə bağlı bir sıra KİV-də məlumatlar yayılıb.
Qaynarinfo xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, Y. Abramovun vəziyyəti kritik olsa da, o, vəfat etməyib. Hazırda Mərkəzi Klinikadadır. Süni nəfəs aparatına qoşulmuş vəziyyətdədir. Ailəsi bəzi saytlarda artıq Abramovun dünyasını dəyişməsi ilə bağlı yayılan məlumatlardan narahat olduqlarını bildiriblər.
Qeyd edək ki, Y. Abramov uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir. O xeyli müddət İsraildə müalicə alıb.