Xəbər lenti

Azərbaycanda dövlət domen adlarına bənzədilmiş saxta domenlərin sayı açıqlandı
Texnologiya 12:06 23.09.2023

Azərbaycanda dövlət domen adlarına bənzədilmiş saxta domenlərin sayı açıqlandı

Bu ilin altı ayında Azərbaycanda dövlət qurumlarının adlarına uyğun saxta yaradılan domenlərin sayı açıqlanıb. 

Oxu.Az-ın məlumatına görə, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov Bakıda keçirilən dövlət qurumlarının İT rəhbərlərinin II zirvə toplantısında məlumat verib.

Onun sözlərinə görə, 52 dövlət qurumunun domeninə bənzədilmiş saxta domenlər aşkarlanıb:

"Bu domenlər qeydiyyat zamanı artıq xüsusi kiberkəşfiyyat alətləri ilə aşkarlanıb. Müvafiq dövlət qurumları ilə birlikdə onların ölkə üzrə bloklanması tərəfimizdən həyata keçirilib”.
O qeyd edib ki, onların bloklanması yüzlərlə, minlərlə kiberhücumların hazırlıq dönəmində bloklanması deməkdir.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->