(Yazı "Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusu üzrə hazırlanıb)
Ölkədə təbiətin, flora və faunanın qorunması, ətraf mühitin, təbii ehtiyatların mühafizəsi davamlı inkişaf konsepsiyasının tərkib hissəsidir. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirmək, təbii sərvətlərdən səmərəli istifadə etmək Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindən biridir.
Hazırda ölkədə əsas ekoloji problemlər su ehtiyatlarının çirklənməsi, yəni Xəzər dənizinin sənaye və məişət tullantı suları ilə çirkləndirilməsi, su obyektlərinin, o cümlədən, transsərhəd çayların çirkləndirilməsi, tullantı sularının idarə olunması, yəni təmizləyici qurğularının gücünün formalaşan tullantı sularından az olması, tullantı sularının təmizlənmədən su hövzələrinə axıdılması daxildir. Bütün bunların içərisində diqqət çəkəm məqam içməli suyun təmizlənməsidir.
Azərbaycanda içməli suyun keyfiyyətinə necə nəzarət edilir? Onun təmizlənmə mexanizmi necədir?
"Azərsu” AŞC-in suyun keyfiyyətinə nəzarət şöbəsinin rəisi Cəmil Babayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, içməli suyun keyfiyyətini yoxlamaq üçün ondan götürülən su nümunələri üzərində aparılan müayinələrin nəticələrinə əsasən suyun fiziki-kimyəvi, radioloji, mikro-biloloji göstəriciləri bəlli olur:
"Bakı şəhəri də daxil olmaqla 54 rayon üzrə su təchizatı sistemləri var. Bu sistemlərə nəzarət edən mərkəzi laboratoriyalar var ki, onlar ən müasir cihazlarla təmin olunub. Həmin cihazlar vasitəsi ilə suyun keyifiyəti dəqiqliyi ilə yoxlanılır. Respublika üzrə isə 3723 icməli su nümunə nöqtələri mövcuddur. Mərkəzi laboratoriyadan əlavə Ceyranbatan su təmizləyici qurğular ərazisində Ceyranbatan fuziki-kimyəvi bakterioloji təhlil laboratoriyası yerləşir. Regionlar üzrə isə 9 kimyəvi bakterioloji təhlil laboratoriyaları mövcuddur. Bu laboratoriyaların hər biri fəaliyyətdədir”.
Cəmil Babayevin sözlərinə görə, gün ərzində regionlarda hər laboratoriya üzrə ortalama 10 su nümunsi götürülür:
"9 rayonu nəzərə alanda gündəlik müxtəlif rayonlardan müxtəlif su təchizatı sistemlərindən 90 su nümunəsi götürülür. Bunların hər biri mövcud yeni standartlara uyğun olaraq tənzimlənir. Bundan əlavə, Bakı şəhərində gündəlik olaraq Mərkəzi laboratoriya üzrə 44, Ceyranbatan su təmizləyici qurğudan isə gündəlik 33 su nümunəsi götürülür. Bunları hesablayanda ortalama 80 su nümunəsi analiz olunur. Əgər şikayət və fərdi müraciətlər də nəzərə alınarsa, həmin ünvana laboratoriya göndərilir və müxtəlif sayda su nümumələri götürülür. Planlı olaraq gündəlik 80 su nümunəsi Bakı şəhəri Abşeron yarımadasının su təchizatı sistemlərindən, ən əsası da 23 Mərkəsi su anbarının nəğd götürülür. Bütün informasiyalar "Azərsu” ASC aidiyyatı şöbələrində toplanılır, təhlil olunur, hər hansı kənaraçıxmalar varsa, araşdırılır, səbəbləri aydınlaşdırılır və onlar üzrə tədbirlər görülür. Suyun keyfiyyətinə nəzarət mexanizmi bundan ibarətdir”.
Rəis bundan əlavə respublika üzrə 13 iri həcmlu su təmizləyici qurğunun olduğunu vurğulayıb:
"Onların ən böyüyü Bakı şəhərində Ceyranbatan ultra süzgəci su təmizləyici qurğularıdır ki, onun 6, 6 m.kub layihə gücü var. Bundan əlavə, Ceyranbanat qum süzgəci su təmizləyici qurğularıdır ki, onun da sərfiyyatı ultra süzgəclərə bərabərdir. Burada texnoloji mərhələlərdən gündəlik 24 saat dayanmadan indikator göstəriciləri üzrə real zaman kəsiyində nəzarət olunur. Hər hansı bir kənaraçıxmalar oldusa, anında aidiyyatı qurumlara məlumat verilir. Və yaxud davamlı kənara çıxmalar olarsa, məsələ dərinliyi ilə araşdırılır. Bundan başqa, Mərkəzi laboratoroya regionlarımızda olan çoxsaylı su mənbələrindən dövri və rüblük olaraq su nümunələri götürür və tam analiz parılır. Tam analiz dediyimiz 66 paramert üzrə göstəricilərdir. Burada ağır və yüngül metallar, radioloji göstəricilər var”.
Bahar Rüstəmli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.