Xəbər lenti

Azərbaycanda ən çox hansı xəstəliklər yayılıb? - SİYAHI
Ölkə06:15 23.06.2014

Azərbaycanda ən çox hansı xəstəliklər yayılıb? - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda 18 yaşdan yuxarı olan şəxslərdən 5 milyon 240 min 503 nəfəri profilaktik müayinələrə cəlb olunub. 

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.  O cümlədən 248941 nəfər Bakı sakini də müayinələrdən keçirilib. 

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, 488344 nəfər şəxsdə müxtəlif xəstəliklər aşkarlanıb. 

Bunlardan 228 min 165 nəfərində ilkin aşkar olunan xəstəliklərdir. 

Aşkar olunmuş patalogiyalar arasında birinci yerdə tənəffüs sistemi xəstəliyi (104 337 nəfər),  sonrakı yerlərdə qan dövranı sistemi (82 336 nəfər ), həzm sistemi xəstəlikləri (49 409 nəfər), endokrin xəstəlikləri (48 969 nəfər) dayanır.

İlkin aşkarlanan xəstəliklər arasında da birinci yeri tənəffüs xəstəlikləri (66.3 faiz) tutur.