Xəbər lenti

Azərbaycanda ən çox nə zəhərləyir?
Ölkə11:54 17.01.2017

Azərbaycanda ən çox nə zəhərləyir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2016-cı ildə ölkədə toksikoloji zəhərlənmə halları azalıb.

Qaynarinfo.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 2015-ci ildə 2462 müraciət daxil olmuşdusa, 2016-cı ildə bu göstərici 2234 təşkil edib.

Müraciətlərin 32,8%-i lazımi şəraitdə saxlanılmayan, istifadə təlimatına uyğun olaraq qəbul edilməmiş dərmanlardan zəhərlənmələrin (T36-T50), 21%-i dəm və başqa qazların toksiki təsiri (T58/T59), 14,1%-i yandırıcı məhlullardan zəhərlənmələrin (T54) payına düşür.

Qaynarinfo.Az