Xəbər lenti

Azərbaycanda ər arvadını şan-şöhrət üçün öldürdü - Bu da oldu!
Ölkə12:02 20.08.2013

Azərbaycanda ər arvadını şan-şöhrət üçün öldürdü - Bu da oldu!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həyat yoldaşları televiziyaya düşməyi arzulayırlarmış.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Şirvan şəhər sakini Xudaverdi Verdiyevin məhkəməsi başa çatıb.

Qaynar.info Gün.Az-a istinadən xəbər verir ki, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə X.Verdiyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin dekabrın 5-də Şirvan şəhərinin “Avtoşkola” adlanan ərazisində yerləşən yataqxanada məskunlaşan Cəbrayıl rayon sakini, 62 yaşlı Rəfiqə Verdiyeva bıçaqla qətlə yetirilmiş halda, onun əri, 71 yaşlı Xudaverdi Verdiyev isə yaralı vəziyyətdə aşkar edilib.

İstintaq araşdırmaları zamanı X.Verdiyev həyat yoldaşını öldürdükdən sonra boğazını kəsərək intihara cəhd etməsi müəyyən edilib.

Həyatı xilas edilən X.Verdiyev hadisəni ölkədə məşhurlaşmaq üçün etdiyini bildirib. Onun sözlərinə görə. həyat yoldaşı ilə birlikdə televiziya kanallarında daima kriminal verilişləri izləyib. 62 yaşlı qadın həmişə özünü baxdığı hadisələrin içində təsvir edib. Ərinə deyib ki, “kaş biz də belə cinayət törədək, bizi də telekanallar reklam etsin, məşhur olaq. Mən də cinayəti törətdim ki, bizi televiziyada göstərsinlər”.

Qaynar.info