Xəbər lenti

Azərbaycanda ər hamilə arvadını bıçaqladı
Ölkə16:05 18.10.2016

Azərbaycanda ər hamilə arvadını bıçaqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Siyəzən rayonunda hamilə qadın bıçaqlanıb.

Qaynarinfo.Az-ın Report-a istinadən məlumatına görə, hadisə ailə münaqişəsi zəminində qeydə alınıb.

Belə ki, rayonun Zarat kənd sakini, 1981-ci il təvəllüdlü Cəbrayılova Aynurə Süleyman qızı əri tərəfindən bıçaqlanıb.

Yaralı Siyəzən Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Burada zərərçəkmişin hamilə olduğu məlum olub.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qaynarinfo.Az