Xəbər lenti

Azərbaycanda fəhlə binadan yıxılıb öldü
Ölkə11:25 18.08.2020

Azərbaycanda fəhlə binadan yıxılıb öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıt sakini bədbəxt hadisə nəticəsində ölüb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "Stansiya Sumqayıt” yaşayış massivində qeydə alınıb.
Belə ki, ərazidə inşa edilən hündürmərtəbəli binada fəhlə işləyən 1993-cü il təvəllüdlü Hüseynov Savalan İmamverdi oğlu ehtiyatsızlıqdan yıxılıb.
Ağır bədən xəsarətləri alan S.Hüseynov xəstəxanaya aparılarkən yolda vəfat edib.
Faktla bağlı araşdırma aparılır.