Xəbər lenti

Azərbaycanda gənc dənizçi vəfat etdi (FOTO)
Ölkə05:55 14.02.2022

Azərbaycanda gənc dənizçi vəfat etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ASCO kollektivinə ağır itki üz verib.
Qaynarinfo xəbər verir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının "Mərdəkan” gəmisinin kapitanının 3-cü köməkçisi Asim Həsənov vaxtsız vəfat edib.
Asim Həsənov 1987-ci il aprelin 19-da Füzuli rayonunun Aybasanlı kəndində anadan olub. 
O, 2018-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının Dəniz texnikası və gəmiçilik/gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi ixtisası üzrə bitirib. 2014-cü ildən ASCO sıralarında çalışıb.
İşlədiyi dövrdə matrosluqdan kapitanın 3-cü köməkçisi vəzifəsinədək yüksəlib.