Xəbər lenti

Azərbaycanda həkim xəstəni “ipoteka” sözünə görə döydü
Ölkə18:36 29.09.2018

Azərbaycanda həkim xəstəni “ipoteka” sözünə görə döydü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıt şəhərində diş həkimi xəstəsini döyüb.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 1975-ci il təvəllüdlü Sərvər Qüdrət oğlu Abışov adı hələlik istintaqa məlum olmayan diş həkimi tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib.
Yaralı diş həkimindən ona kreditlə (hissə-hissə ödəməklə) diş qoymasını tələb edib. Ancaq "kredit" əvəzinə "ipoteka" kəlməsini işlədib. Bu da diş həkiminin əsəbləşməsinə səbəb olub və tərəflər arasında mübahisə yaranıb. Nəticədə həkim Sərvər Abışovu döyərək ağır xəsarətlər yetirib.
Faktla bağlı araşdırma aparılır.