Xəbər lenti

Azərbaycanda hərbi maşın qəzaya düşdü: Yaralılar var
Ölkə20:58 16.05.2014

Azərbaycanda hərbi maşın qəzaya düşdü: Yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hadisə Baki-Quba yolunun 55-ci kilometrliyində baş verib

Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.

ANS TV-nin məlumatına görə, Baki-Quba yolunun 55-ci kilometrliyində, yəni Yaşma qəsəbəsinə düşən hissədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Qəza zamanı Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus "UAZ" markalı yük maşını ilə Zaur Məmmədovun idarə etdiyi "Mersedes" markalı avtomobil toqquşub.

Avto qəza nəticəsində minik avtomobili yolun kənarına aşıb. Hadisə zamanı minik avtomobilində 1-i sürücü olmaqla 3 nəfər xəsarət alaraq Sumqayıt şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. "UAZ" markalı yük avtomobilində isə xəsarət alan olmayıb. 

Hadisə yerinə hərbi polis və yol polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info