Fransanın məşhur dramaturqu Bernar-Mari Koltesin “Meşələrin astanasındakı gecə” pyesi ADO teatrında nümayiş olunacaq.
Bu barədə AzNews.az-a teatrın bədii rəhbəri Elmin Bədəlov məlumat verib. Onun sözlərinə görə, “Meşələrin astanasındakı gecə” pyesi Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransa İnstitutunun təşəbbüsü və dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunub. “Yağış, yağış, yağış” adlanan tamaşanın rejissoru ADO-nun fransız əsilli aktrisası Elsa Furtadodur. Monotamaşanı teatrın təsisçi və rəhbəri olan aktyor Elmin Bədəlov canlandıracaq.
Qeyd edək ki, Bernar-Mari Koltes pyesləri ilə bir zamanlar Fransanın özündə belə qəbul olunmayıb, onun əsərləri dramaturqlar arasında polemikalara səbəb olub. Yazıçının həm də homoseksual olduğu deyilir. Onun ilk pyesini öz sevgilisi səhnələşdirib. Koltes gənc yaşlarında QİÇS xəstəliyindən dünyasını dəyişib.
Qaynarinfo.Az