Xəbər lenti

Azərbaycanda iki dosent vəfat etdi (FOTO)
Ölkə08:44 28.03.2021

Azərbaycanda iki dosent vəfat etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Dövlət Universitetinin (BDU) iki dosenti vəfat edib.
Universitetdən Qaynarinfo-ya bildirilib ki, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının dosenti Azər Mehdi oğlu Şirinov 84 yaşında dünyasını dəyişib.
A.Şirinov 1973-cü ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb. 100-dən artıq elmi və publisistik məqalənin, 5 kitabın müəllifidir.
BDU-nun Biologiya fakültəsinin dosenti Pünhan Mustafa oğlu Əfəndiyev 83 yaşında dünyasını dəyişib. P.Əfəndiyev 1967-ci ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb. O, geobotanika, bitki morfologiyası, Azərbaycan florası sahəsində elmi-tədqiqat işləri aparıb. 67 elmi məqalənin, 3 metodiki göstəricinin, 1 dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir.
Allah rəhmət eləsin!
Azər Mehdi oğlu Şirinov
Pünhan Mustafa oğlu Əfəndiyev