Xəbər lenti

Azərbaycanda iki kişi meşədə qadına hücum çəkdi
Ölkə09:18 28.08.2014

Azərbaycanda iki kişi meşədə qadına hücum çəkdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Goranboy rayonunda qadına bıçaqla xəsarət yetirmiş şəxslər tutulub. 

Ans press-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə verdiyi məlumata görə, hadisə avqustun 26-da Goranboy rayonunun Rus-Borisi kəndinin meşə zolağında baş verib.

Meşədə rayon sakinləri İmamverdi Xəlilov və Sabir Alxasov həmyerliləri Elnarə Əliyevaya bıçaqla xəsarət yetiriblər.

Xocalı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Xəlilov və S.Alxasov tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info