Xəbər lenti

Azərbaycanda iki teatra yeni direktorlar təyin olundu (FOTO)
Sənət13:32 17.07.2018

Azərbaycanda iki teatra yeni direktorlar təyin olundu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda iki teatra yeni direktorlar təyin edilib.
Qaynarinfo "Report" istinadən xəbər verir ki, Gənc Tamaşaçılar Teatrının keçmiş direktoru Mübariz Həmidov Sumqayıt Dövlət Dram Teatrına direktor təyin olunub. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının I müavini Teymur Səmədov və Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov Mübariz Həmidovu kollektivə təqdim ediblər.
Sumqayıt Dövlət Dram Teatrının sabiq direktoru İslam Həsənov YUĞ teatrına yeni direktor təyin olunub. Qeyd edək ki, bundan əvvəl YUĞ teatrında direktor əvəzi vəzifəsini Kukla Teatrının direktoru Rəşad Əhmədov icra edirdi.