Xəbər lenti

Azərbaycanda insanlar ən çox bu yaşda ölürlər
Ölkə13:14 23.02.2026

Azərbaycanda insanlar ən çox bu yaşda ölürlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2025-ci ildə Azərbaycanda 59834 ölüm halı qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd edilib ki, ötən il qeydə alınmış ölüm sayı 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə 5,8 olub. Bu göstərici dəyişməyərək eyni səviyyədə qalıb.
Rəsmi statistikaya görə, ölənlərin 2292 nəfəri (3,8 faizi) 0-17 yaşda, 5839 nəfəri (9,8 faizi) 18-49 yaşda, 14230 nəfəri (23,8 faizi) 50-64 yaşda, 37473 nəfəri (62,6 faizi) isə 65 və yuxarı yaşda olub.//Modern.az