2025-ci il sentyabrın 1-nə olan məlumata görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 237,0 min nəfər təşkil edib.
Valyuta.az xəbər verir ki, onların 50,1%-ni qadınlar təşkil edib. Ötən ilin eyni dövründə isə işsizlərin sayı 222,8 min nəfər, qadınların payı isə 46% olub.
Statistikaya əsasən, illik müqayisədə işsizlərin sayı 14 min 200 nəfər artıb ki, bu da 6,37% artım deməkdir. Eyni zamanda qadınların payında 4,1 faiz bəndi artım qeydə alınıb.
Qeyd edək ki, sentyabr ayının 1-nə olan vəziyyətə işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 436,7 manat olub. Ötən ilin müvafiq dövründə bu göstərici 404 manat təşkil edib. Beləliklə, son bir ildə orta aylıq ödənişdə 32,7 manat və ya 8,1% artım müşahidə olunub.
Şərhlər