Xəbər lenti

Azərbaycanda jurnalistə qarşı təxribat
Ölkə13:25 24.04.2013

Azərbaycanda jurnalistə qarşı təxribat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Onun telefon danışığı yazılıb və yayılıb.

 “Azadlıq” radiosunun əməkdaşı Yafəz Əkrəmoğlunun “Səs” İnternet televiziyasında telefon danışıqlarının yayılması yazışmalar və telefon danışıqları sirrinin qorunması barədə qanunvericilik normasının pozulmasıdır. Telefon danışıqlarının hətta ikinci, üçüncü şəxs tərəfindən və ya başqa kimlərinsə tərəfindən yayılması da məsuliyyət doğurur. Bu barədə Media Hüququ İnstitutunun direktoru, hüquqşünas Rəşid Hacılı “Səs” İnternet televiyasında aprelin 19-da yayılan ““Azadlıq” radiosunun növbəti təxribatı üzə çıxdı ( ŞOK görüntülər)” reportajını şərh edərkən bildirib.

Onun fikrincə, eyni şəxsin və ya redaksiyanın müxtəlif şəxslərlə telefon danışıqlarını izləmək və lentə yazmaq imkanları yalnız xüsusi xidmət orqanlarında var. “Sözsüz ki, “Azadlıq” radiosunun müxbirinin də müxtəlif şəxslərlə telefon danışığını lentə yazan və mediaya ötürən rəsmi orqanlardır. Reportajdan da göründüyü kimi, telefon danışığı əvvəllər yazılıb və indi məqsədli şəkildə mediaya çıxarılıb. Bu, ciddi qanun pozuntusudur və həm media orqanı üçün, həm də danışığı mediaya ötürən üçün hüquqi məsuliyyət doğurur”, deyə ekspert qeyd edib.

R.Hacılı telefon danışığı sirrinin yayılmasına görə, telefon operatorunun da məsuliyyət daşıdığını diqqətə çatdırıb. “Telefon danışığı sirrinin yayılması ilə bağlı danışıq həyata keçirilmiş rabitə operatoru da ictimaiyyətə izahat verməlidir”, deyə o bildirib.

Qaynar.info