Xəbər lenti

Azərbaycanda jurnalisti maşın vurdu - YENİLƏNİB
Ölkə08:00 02.11.2013

Azərbaycanda jurnalisti maşın vurdu - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən itkin düşdüyü bildirilən Avropa.info-nun əməkdaşı Sahib İslamovu maşın vurubmuş. 

Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb . 

Dərhal da qəza törədən avtomobil sürücüsü Musa Nağıyev adına Xəstəxanaya çatdırıb. Hadisəni yaxınlıqda olan yaşlı bir kişi görüb və bu gün səhər saatlarında qohumlarına məlumat verib Artıq qohumları onu tapıblar və hazırda jurnalistin vəziyyəti ağırdır.

***

Avropa.info saytının əməkdaşı Sahib İslamov yoxa çıxıb. Dünən səhər saat 8:00-da işə getmək üçün evdən çıxan Sahib İslamov saytın redaksiyasına gəlməyib. Jurnalistin işə gəlmədiyini görən sayt rəhbərliyi onun mobil telefonuna zəng vurub.

Telefona cavab verən Sahib İslamovun ailə üzvləri jurnalistin işə getdiyini və işə gedərkən tələsdiyindən mobil telefonunu unutduğunu bildiriblər. 

Gün ərzində Sahib İslamovun ailə üzvlərinə bir neçə dəfə zəng edən sayt rəhbərliyi jurnalistin hələ də işə gəlmədiyini bildiriblər. Axşam saatlarında Sahib İslamovun hələ də evə gəlmədiyindən narahat olan ailə üzvləri onu tanıyan bütün dostlarına zəng etsələr də Sahibi gördüm deyən olmayıb. Bundan sonra gecə saatlarında 102 Xidmətinə zəng edən ailə üzvləri jurnalistin yoxa çıxdığı haqda məlumat veriblər. Hazırda Sahib İslamovun qardaşı polisə yazılı müraciət etmək üçün 40-cı polis bölməsinə çağırılıb.

Qaynar.info