Xəbər lenti

Azərbaycanda kişi arvadını və qızını qumbarayla hədələdi
Ölkə09:15 21.09.2017

Azərbaycanda kişi arvadını və qızını qumbarayla hədələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəlilabad sakinindən qumbara götürülüb.

Daxili İşlər Nazirliyindən "Qaynarinfo"ya verilən məlumata görə, sentyabrın 20-də Cəlilabad rayonunun Göytəpə şəhər sakini olan bir qadın PB-yə müraciət edərək həmin gün əri Fərhad Cəfərov tərəfindən onun və qızının döyülməsini, habelə qumbara ilə hədələnməsini bildirib.

Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən F.Cəfərovun evinə baxış zamanı oradan 1 ədəd "T-N-1” markalı qumbara aşkar edilərək götürülüb.

Qaynarinfo.Az