Xəbər lenti

Azərbaycanda klub prezidenti həbs olundu
İdman06:09 09.01.2017

Azərbaycanda klub prezidenti həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda çıxış edən "Şərurspor"un prezidenti Sərdar Bağırov saxlanılıb. 

Qaynarinfo.Az “Futbol+” qəzetinə istinadən xəbər verir ki, iş adamı vergidən yayınmaqda ittiham olunur.

O, hazırda Kürdəxanı müvəqqəti saxlama təcridxanasındadır. Vəkilləri Bağırovun heç-bir qeyri-qanuni işlə məşğul olmadığı, qanunlar çərçivəsində fəaliyyət göstərdiyi barədə sənədlər hazırlayıb məhkəməyə vermək üzərində çalışırlar.

Klub prezidenti günahının olmadığını sübuta yetirə bilsə yaxın günlərdə azadlığa buraxıla bilər.

Qaynarinfo.Az