
Vüqar Astanov “Zirə” klubunun prezidenti vəzifəsindən ayrılıb.
Qaynarinfo.Az xəbər verir ki, klub təsisçilərinə müraciət edən Astanov işlərinin çoxluğu ilə əlaqədar vəzifəsindən ayrılmaq istədiyini bildirib. “Zirə”də prezident vəzifəsini müvəqqəti olaraq, icraçı direktor Natiq İsmayılov yerinə yetirəcək.
Əslində mətbuata qapalı olan, müsahibə vermək bacarığı olmayan sabiq futbolçunun klubdan ayrılması "Zirə"nin özü üçün daha yaxşıdır. Çünki bu kluba prezidentlərin təyin olunduğunu və klubun əslində hansı dairəyə məxsus olduğunu çoxları yaxşı bilir. Ümid edirik ki, təyin olunan yeni prezident mətbuatla əlaqələrini yaxşı formada bərpa edə biləcək. Məsələn, "İnter"in prezidenti Rəşad Qasımov kimi.
Qaynarinfo.Az