Xəbər lenti

Azərbaycanda koronavirusa yoluxma bu tarixdə pik həddə çatıb (RƏSMİ)
Ölkə13:31 09.05.2020

Azərbaycanda koronavirusa yoluxma bu tarixdə pik həddə çatıb (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanda 6-12 aprel tarixlərində koronavirusa yoluxma ilə bağlı pik qrafik müşahidə edilib”. 
Qaynarinfo-nun Oxu.az-a istinadən məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Sədr qeyd edib ki, ölkə ərazisində elan edilən sərt karantin rejimindən çıxdıqca, ikinci dalğaya doğru artma halları gözlənilir: 
"Biz bu dalğaya əvvəlcədən hazırıq. Aparılan elmi-statistik təhlillər göstərir ki, ikinci dalğanı yaşayacağıq”.
O qeyd edib ki, vətəndaşlar qaydalara əməl etməlidir.