Xəbər lenti

Azərbaycanda kredit cinayəti: zaminin qardaşını bıçaqladı
Dünya08:42 08.03.2016

Azərbaycanda kredit cinayəti: zaminin qardaşını bıçaqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Siyəzən rayonunda martın 7-də bıçaqlanma hadisəsi baş verib.
Qaynar.info APA-ya istinadən xəbər verir ki, rayon sakini 40 yaşlı Rafael Hüseynov müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yaralanması diaqnozu qoyulub.
Xəsarət alan şəxsin ailə üzvlərinin bildirdiyinə görə, hadisəni qonşuları törədib.
Belə ki, R. Hüseynovun bacısı hadisəni törədən şəxs üçün bankda zamin durub. Həmin şəxs banka olan borcunu ödəmədiyinə görə borcu xəsarət alan şəxsin bacısı ödəməli olub. R Hüseynov da qonşusunun evinə gedərək borcunu ödəməsini bildirib. Bank kreditini ödəməyəcəyini bildirən qonşu onu bıçaqlayıb. Hazırda xəsarət alan şəxs evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info