Xəbər lenti

Azərbaycanda maşın 75 metr hündürlükən çaya aşdı
Ölkə12:15 28.11.2013

Azərbaycanda maşın 75 metr hündürlükən çaya aşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qəzaya uğrayan “VAZ-2107” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb

Bu gün saat 14:00 radələrində Lənkəran-Lerik yolunun 19-cu km-də ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Qaynar.info-nun anspress-ə istinadən verdiyi məlumata görə, 51 yaşlı Akif Əziz oğlu Şahverdiyev Lənkəran istiqamətində “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını 75 metr dərinlikdə olan dərədən Lənkəran çayına aşırıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb. İlkin ehtimala görə, hadisə yüksək sürət səbəbindən baş verib. Qəza nəticəsində ölən Akif Şahverdiyev 3 uşaq atasıdır.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info