Xəbər lenti

Azərbaycanda məhkəmə daxilində elektron qaydada məhkəmə etibarnaməsi veriləcək
Ölkə17:30 30.09.2019

Azərbaycanda məhkəmə daxilində elektron qaydada məhkəmə etibarnaməsi veriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda məhkəmə daxilində məhkəmə etibarnaməsi veriləcək, notariusa getməyə ehtiyac qalmayacaq.
APA-nın məlumatına görə, bunu bu gün Ədliyyə Nazirliyinin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Şəffaf və səmərəli ədalət mühakiməsi - innovativ nümunələr" adlı görüşdə Ədliyyə Nazirliyi "Elektron məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri Ramin Qurbanov bildirib.
R. Qurbanov deyib ki, Qazaxıstan və digər ölkələrdə bu təcrübə tətbiq edilir: "Məhkəməyə gəldiniz, məhkəmə daxilində elektron etibarnaməni verdiniz, bununla iş bitəcək, notariusa getməyə ehtiyac olmayacaq. Biz hazırda bunun üzərində iş aparırıq”.