Xəbər lenti

Azərbaycanda mərkəzi xəstəxana yandı (FOTOLAR)
Ölkə12:18 23.07.2017

Azərbaycanda mərkəzi xəstəxana yandı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Günorta saatlarında Qax Mərkəzi Rayon Xəstəxanasında yanğın hadisəsi baş verib.

"Qaynarinfo" Report-a istinadən xəbər verir ki, xəstəxananın ikinci mərtəbəsində, Cərrahiyyə şöbəsi müdirinin otağında baş verən yanğın nəticəsində ümumi sahəsi 15 kv.metr olan otaq və otağın içərisindəki əşyalar təmamilə yanıb.

Yanğın güclü olmadığından, yanğınsöndürənlər hadisə yerinə gələnə qədər, tibb işçilərinin səyi nəticəsində qarşısı alınıb. Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub, yanan əşyalar xəstəxanadan çıxarılıb.

Yanğın zamanı xəstəxanada müalicə olunan xəstələrdən heç biri xəsarət almayıb.

Qeyd edək ki, yanğın zamanı otaq bağlı olub və şöbə müdiri otaqda olmayıb.

Qaynarinfo.Az