Xəbər lenti

Azərbaycanda məşhur futbol klubu yenidən elitada! - VİDEO
İdman08:32 14.04.2017

Azərbaycanda məşhur futbol klubu yenidən elitada! - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan I Divizionunda XXIV turuna start verilib.

Qaynar.Az xəbər verir ki, ilk oyun günündə keçirilən oyunlarda "Turan Tovuz” futbol klubu MOİK üzərində qələbə qazanıb.

Rəhman Musayevin son dəqiqələrdə vurduğu qolla Tovuz təmsilçisi elitaya vəsiqəni təmin edib. Belə ki, sona iki tur qalmış Əsgər Abdullayevin yetirmələrinin ilk iki yerdən birini tutacağı dəqiqləşib. Amma klubun lisenziyalaşdırmanın tələblərini yerini yetirib-yetirməyəcəyi müəyyənləşməyib.

Xatırladaq ki, "Turan Tovuz" (əvvəlki adı "Turan") 1992-ci il fevral ayının 23-də təsis olunub. Azərbaycanda ilk peşəkar futbol klubu kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Çempionatda bir dəfə birinci, bir dəfə ikinci, iki dəfə üçüncü, iki dəfə isə dördüncü pilləyə sahib olub.

İlk dəfə ölkəmizi avrokuboklarda təmsil edən komandadır. 1994-cü ildə tovuzlular "Fənərbaxça"ya hər iki oyunda məğlub (0:5,0:2) olublar.

2005-ci ildə komanda Patalya turnirində "Malatyaspor", "Dənizlispor", "Samsunspor"u məğlub edərək finala vəsiqə qazansa da, finalda "Diyarbəkirspor"a uduzaraq ikinci mükafata sahib olub.

Çempion olan mövsüm isə komanda "Birlik Kuboku"nda iştirakdan imtina edib.

Qaynar.Az