Xəbər lenti

Azərbaycanda məşhur istirahət mərkəzi çökür - FOTOLAR
Ölkə15:13 28.01.2017

Azərbaycanda məşhur istirahət mərkəzi çökür - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səliqəsiz kafe və iaşə məkanları, yanğından yanğına üfunət iyi verən qamışlıq, kol-kos basmış sahələr, bərbad yol...
Azərbaycanın ta sovetdən məşhur olan Nabran istirahət mərkəzi indi tənəzzül dövrünü yaşayır. Səbəbini izah etməzdən əvvəl Nabranın indi qış kimi soyuq görüntülərini Qusardakı Şahdağ qış-yay turizm komleksinin tikilmə ərəfəsindəki görüntülərlə müqayisə etmək fikrindəyəm.                        
2006-cı ildə Şahdağ tikintiyə hazırlanarkən mütəxəssislər torpağın davamlılığını öyrənmək üçün torpaqdan nümunə götürürdülər, biz də ANS olaraq bu barədə tamaşaçılara ilk video-süjet hazırlayırdıq. Bu zaman mühəndisə verdiyim sual indi də yadımdadı. "Doğrudanmı, burada möhtəşəm kompeks tikiləcək?" - deyə soruşmuşdum. Aldığım nikbin cavab bir neçə il sonra özünü həqiqətən göstərdi. O vaxt çöllük, dağlıq, kol-kosluq, gözdən, könüldən uzaq olan bu ərazidə indi möhtəşəm Şahdağ qış-yay turizm kompleksi tikilib. Prezidentin birbaşa qayğısı nəticəsində indi ildə 100 min turist qəbul edən Şahdağ nəinki Azərbaycanda, hətta Qafqazda bu qəbilli ilk möhtəşəm turizm məkanı kimi gündən-günə daha da tanınmaqdadı.
Qayıdaq Nabrana. Nabran istirahət mərkəzi kimi indi qış yuxusuna gedib - desəm indi qətiyyən səhv etmərəm. Səliqəsiz kafe və iaşə məkanları, yanğından yanğına üfunət iyi verən qamışlıq, kol-kos basmış sahələr, bərbad yol, sahilboyu mövsümi dincəlmə yerləri elə bil Nuh əyyamından qalıb. Yayda olduğu kimi, qışda da Nabran sahilləri zibillik məskənidir, antisanitariya vəziyyətindədi. Düzdü, Nabranda müasir, dəbdəbəli istirahət mərkəzləri də xeyli çoxdu.    
Amma, indi söhbət Nabranın yenidən qurulmasından gedir. Olmazmı ki, Nabranın ümumi görünüşündəki gerilik, səliqəsizlik və primitivlik, bərbad görkəmi müasirliklə əvəz olunsun?
Ölkədə turizmin inkişafına xüsusi önəm və diqqət verən Prezident İlham Əliyev 2016-cı il sentyabr ayının 8-də Xaçmaza səfəri zamanı Xudat -Yalama yolu ilə Nabrandakı sovetdən qalma istirahət mərkəzlərindən birinə baş çəkib, bərbad vəziyyətdə olan Nabranı, yolları yerindəcə görüb. İnanırıq ki, prezidentin sovetin məşhur Nabranının yenidən qurulması, buranın turizm potensialinin genişləndirilməsi, Nabrana Şahdağ kimi dəniz qış yay turizm komleksi kimi status verulməs barədə xüsusi sərəncamı ola bilər.                        
Nabranın gələcək inkişafi ilə bağlı rayonun  müvafiq qurumlarının, görəsən, Nabran barədə gözləntiləri nədi? Yeni yaradılan Xaçmsz regional mədəniyyət şöbəsinin müdiri Nazim Ağayev məlumat verdi ki, Nabranda 60 istirahət mərkəzi var, onlardan qış mövsümündə yalnız 15 -i işləyir ki, bunların da daimi öz müştəriləri var. Nazim Ağayevə görə, ölkə başçısı Nabrandakı Dostluq turizm obyektində olub və Nabranla xüsusi maraqlanıb. Amma, prezidentin Nabranla bağlı hansı qərarı verəcəyi yalnız özünün səlahiyyətindədir.
Biz də inanırıq ki, yaxın vaxtlarda Nabran da şimalda müasir dəniz qış-yay turizmi kimi tarixə düşə  bilər. Buna hər cür potensial  da var, şərait də...(İstipress)
Qaynarinfo.Az