
Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan mətbuatı öz fəaliyyətini sağlam ənənələr üzərində qurub və bu ənənələr Azərbaycan mətbuatının fəaliyyətinə kölgə salan halların inkişafına imkan vermir: “Düzdür, medianın fəaliyyətinə kölgə salacaq hallar var, amma bu, xarakterik deyil”.
YAP nümayəndəsi deyib ki, hər sahədə olduğu kimi, Azərbaycanda mətbuat da inkişaf edir və yeni media vasitələri yaranır: “Bu, bir daha göstərir ki, Azərbaycan dövləti mətbuat üçün normal şərait yaradıb. Mətbuat sərbəst fəaliyyət göstərir”.