Xəbər lenti

Azərbaycanda müəllimlərin işə qəbuluna başlanılır
Ölkə09:53 28.06.2018

Azərbaycanda müəllimlərin işə qəbuluna başlanılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 2-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qəbulu başlayır.
Təhsil Nazirliyindən Qaynarinfo-ya verilən xəbərə görə, elektron ərizələrin qəbulu miq.edu.az saytı vasitəsi ilə iyulun 8-dək aparılacaq.
Qeyd edək ki, müsabiqənin test imtahanı və müsahibə mərhələləri Azərbaycan Texniki Universitetində keçiriləcək.
Yeni qaydalara əsasən, bu il müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış və ekvivalentliyi müəyyən edilmiş Azərbaycan vətəndaşı və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər iştirak edə biləcək.