Xəbər lenti

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti: yağış, şimşək...
Ölkə07:37 26.09.2017

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti: yağış, şimşək...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sentyabrın 25-i gündüzdən 26-sı səhərədək Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qaynarinfo"ya verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, sentyabrın 25-i gündüzdən 26-sı səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 16-80, Mərkəzi Aran rayonlarında 1-20, Lənkəran-Astara zonasında 1-8, Naxçıvan MR-da 1-6 mm təşkil edib.

Qaynarinfo.Az