Xəbər lenti

Azərbaycanda narkomanların sayı artıb
Ölkə11:13 29.06.2013

Azərbaycanda narkomanların sayı artıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda narkomaniyaya düçar olanların sayının çoxaldığı müşahidə edilib. 

APA-nın məlumatına görə, bu haqda məlumat Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin yaydığı illik hesabatda verilib. 

Hesabata görə, Azərbaycanda ötən il ərzində respublikanın narkoloji xidməti tərəfindən qeydiyyata alınan narkotiklərə düçar olanların ümumi sayı 27 910 nəfər olub. Bu da 2011-ci illə müqayisədə təqribən min nəfər çoxdur.

Qeydiyyata alınan narkomanlardan 528 nəfərini qadınlar təşkil edib. Bu da əvvəlki illərlə müqayisədə qadın narkomanların sayının çoxaldığını göstərir.

Narkotiklərdən istifadə edənlər ən çox 40-59 yaş arasında olanladır. Onların sayı 11 088 nəfər təşkil edir. 

18-29 yaş arasında olanlarda da narkomaniyaya meyllilik artıb. Həmin yaş qrupunda olub, narkomaniyadan əziyyət çəkənlərin sayı əvvəlki illərdə 4979 nəfər olsa da, ötən il 5010 nəfərə çatıb. 

Qeyd edək ki, anonim olaraq qeydiyyata alınan narkomanların sayı da əvvəlki illə müqayisədə iki dəfə artıb və 567 nəfər təşkil edib.

Qaynar.info