
Bu gün Saatlı rayon sakini 1954-cü il təvəllüdlü Ağakərim Səlimov güllə yarası ilə Şirvan şəhər xəstəxanasına gətirilib.
A. Səlimovun üzərində cərrahi əməliyyat aparılır. A. Səlimov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşıdır. (APA)
* * *
Bu gün səhər saatlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı İmişli ərazi ekologiya şöbəsinin Saatlı rayonu üzrə müfəttişi, 62 yaşlı Ağakərim Səlimov güllə yaraları ilə Şirvan şəhər xəstəxanasına gətirilib.
Xəstəxanadan virtualaz.org-a verilən məlumata görə, xəstə qarın boşluğu və yan nahiyəsindən güllə yaraları aldığından əməliyyat olunub və hazırda həyatı üçün heç bir təhlükə yoxdur.
ETSN-dan da baş vermiş hadisəni təsdiqləyərək bildiriblər ki, müfəttiş Ağakərim Səlimov qanunsuz ov edənlərə qarşı aparılan tərdbirlər zamanı güllə yarası alıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Qaynarinfo.Az