Xəbər lenti

Azərbaycanda nə qədər ərazi xüsusi mühafizə olunur?
Ölkə10:03 19.06.2013

Azərbaycanda nə qədər ərazi xüsusi mühafizə olunur?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Azərbaycanda biomüxtəlifliyin qorunması məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi istiqamətində işlər görülüb. 2003-2012-ci illər respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 478 min hektardan 892 min hektara çatdırılıb ki, bu da ölkə ərazisinin təqribən 10,3 faizini təşkil edir”.

Bu fikirləri Bakıda keçirilən Ombudsmanların XI Bakı Beynəlxalq Konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib.

Onun sözlərinə görə, 2003-cü ildə ölkədə ilk Milli Park yaradılıb, hazırda onların sayı 9-a çatdırılıb. Nazir müavini qeyd edib ki, hazırda Azərbaycanda 11 dövlət təbiət qoruğu və 24 yasaqlıq fəaliyyət göstərir.

 "Ölkədə meşələrin mühafizəsi, bərpası və yeni meşəliklərin salınması sahəsinə dair göstəricilər də durmadan artır: "Belə ki, təkcə 2003-2012-ci illər ərzində 101 min hektar sahədə meşə-bərpa işləri aparılıb, o cümlədən yeni meşəliklər salınıb. Son 15 ildə meşə ilə örtülü sahələr 989 min hektardan 1 milyon 21 min hektara çatdırılıb, bu da respublikanın meşə ilə örtülü ərazilərinin 11,4 faizdən 11,8 faizə qədər artması deməkdir”./APA/