Xəbər lenti

Polis yol qəzasında öldü
Ölkə07:42 06.01.2020

Polis yol qəzasında öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo APA-ya istinadən məlumat verir ki, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Əhmədov Tural Telman oğlunun idarə etdiyi "Fiat Doblo" avtomobili aşıb. Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Tural Əhmədov Şəmkir rayon Polis Şöbəsinin Zəyəm bölməsinin baş əməliyyat müvəkkilidir. 
Faktla bağlı araşdırma aparılır