
Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin ərazisində Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyi ilə aparılan arxeoloji qazıntılar zamanı yeni maddi-mədəniyyət nümunələri aşkarlanıb.
EL televiziyasının məlumatına görə, şəhərin son antik və ilk orta əsrlər yaşayış yeri olan Qala adlı ərazisində arxeoloji-tədqiqat işləri zamanı 8-10-cu əsrlərə aid zəngin mədəni təbəqə aşkarlanıb.
Arxeoloqlar qədim Qəbələ şəhərinin su-kanalizasiya sisteminin bir hissəsini, tikinti qalıqlarını, müxtəlf təndirləri, mis-bəzəkləri, saxsı və şüşə qabları, ox ucluqları, sümükdən və şüşədən hazırlanmış bəzək əşyaları tapıblar. Aşkarlanan qəbirlər, qədim Qala sakinlərinin yaşadıqlari evlərin həyətində dəfn olunduqlarını göstərir. Maraqlı tapıntılardan biri də, qədim dövrə aid barıtla doldurulan əl qumbaralarıdır. Qumbaraların üzərində ,Əli və Allah sözləri yazılıb.