Xəbər lenti

Azərbaycanda qeyri-adi etiraz aksiyası: özünü asfalta mıxladı
Ölkə05:51 10.10.2014

Azərbaycanda qeyri-adi etiraz aksiyası: özünü asfalta mıxladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Saatlı rayonunun Mustafabəyli kənd sakini Ziyadov Vüsal Famil oğlu bu gün qeyri-adi etiraz aksiyası keçirib. O, hər iki ayağını Mustafabəyli kəndindən keçən Bakı-Horadiz yolunda asfalta mıxlayıb.

Qaynar.info xəbər verir ki, bu barədə "Turan" İA-nə Saatlı rayonundakı etibarlı mənbə məlumat verib. Uşağını müalicə etdirmək üçün pulunun olmaması üzündən Ziyadov belə bir addım atıb.

Polis müdaxiləsindən sonra onu rayon xəstəxanasına yerləşdiriblər. Polislər onun yanına heç kəsi buraxmır. Saatlı rayonunun hüquq mühafizə orqanlarından şərh almaq mümkün olmayıb.

Qaynar.info