Oğuz rayonunda canına qəsd edən kişinin ölümü göründüyü qədər də adi deyil. Həyətində tut ağacından özünü asan 53 yaşlı Məhəmməd Hüseynovun özünə qəsd etməsində ilkin olaraq övlad yanğısı göstərilsə də, əslində onun həyatını yandıran başqa məsələ olub.
M.Hüseynovun intihara əl atması 2 il əvvəl həyat yoldaşını, 1 il əvvəl isə 16 yaşlı qızını vaxtsız itirdikdən sonra depressiyaya düşməsi göstərilsə də, milli.az-a daxil olan məlumat bunun tam əksini göstərir.
Mərhumun yaxınları sayta məlumat veriblər ki, M.Hüseynovun ölümündə bəzi gizli məlumatlar gizlədilib. Sən demə, M.Hüseynovu həyatdan küsdürən Beynəlxalq bankın Oğuz filialının rəhbərliyinin təzyiqləridir. Onun filial müdiri olan Cavid adlı şəxsin təzyiqlərinə məruz qaldığı iddia olunur. M.Hüseynov ölümündən qabaq məktub da yazaraq qoyub. Onun məktubu asılmış meyidinin cibindən çıxıb. Hazırda həmin məktub istintaqdadır.
Məsələ ilə bağlı Oğuz Rayon Prokurorluğu ilə dəfələrlə əlaqə saxlamaq cəhdləri nəticə verməyib. Ölümə vadar etməkdə adı hallanan Cavid adlı filial müdirinin də fikirlərini öyrənmək mümkün olmayıb.
Qaynar.info