Dünən gecə həkim öz avtomobili ilə gedərkən yolda tanımadığı bir sürücü ilə ötüşmək üstündə mübahisənin qurbanı olub
Hacıqabul rayonunda törədilmiş qətllə bağlı maraqlı məqamlar ortaya çıxıb. Rayon Prokurorluğundan milli.az-a bildirilib ki, qətlə yetirilən 30 yaşlı İlham Hacıyev Hacıqabulda tanınmış diş həkimidir. Ancaq onun qətli peşəsi ilə bağlı deyil, buna adi bir münaqişə səbəb olub.
Dünən gecə həkim öz avtomobili ilə gedərkən yolda tanımadığı bir sürücü ilə ötüşmək üstündə mübahisə edib, sonra isə onu vurub. Daha sonra həmin şəxsin qardaşı Rüfət Qubadlı “razborka”ya gələrək həkimi qətlə yetirib.
Onu da əlavə edək ki, həkim İ.Hacıyev əvvəllər narkotik cinayəti üstündə məhkum olunub.